Yararsız bioloji aktiv qida məhsulu barədə tədbir görülüb.
“İki sahil” xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları fiziki şəxs Bağırzadə Məlik Namik oğlu tərəfindən Türkiyədən idxal olunmuş, “Cosmoactive İlaç Anonim Şirketi”nin istehsalı olan “Bilgam” TABLET N 30 (02.03.2026-cı il istehsal və 02.03.2029-cu il son istifadə tarixli, 26001 partiya nömrəli) əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (BAQM) nümunələr götürüblər.
Məhsulun etiket məlumatlarında Vitamin B12 göstəricisinin müəyyən miqdarı bəyan edilsə də, laborator nəticələrə əsasən, məhsulda həmin göstərici aşkar edilməyib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.