Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyulun 27-si gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.
Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olmağı tövsiyə olunur.
Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatında qisamüddətli fasilə yaranacaq
Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
Tedros Adhanom Qebreyesus: Zəiflik bölünmənin də, həmrəyliyin də mənbəyinə çevrilə bilər