25 iyul 2026 17:56
91

Suriyada dəhşətli avtobus qəzası

Suriyanın şərqində iki sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 35 nəfər həyatını itirib, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Al Jazeera" agentliyi məlumat yayıb.

Bildirilib ki, ağır qəza Dəməşq və Deyr-əz-Zor şəhərlərini birləşdirən magistral yolda qeydə alınıb.

Qeyd olunur ki, yaralıların Homs şəhərində yerləşən hərbi hospitala təxliyə edilməsi məqsədilə Suriyanın Müdafiə Nazirliyi tərəfindən hadisə yerinə bir neçə helikopter cəlb edilib.