Almaniyanın Aşağı Saksoniya əyalətinin Qanderkese şəhərində kiçik təyyarə qəzaya uğrayıb.
“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, təyyarə qəzaya uğradıqdan sonra yaşayış binasının damına çırpılıb. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilib. Qəza vaxtı evin sakinləri binada olmadığından ölən şəxsin pilot olub-olmadığı araşdırılır. Təyyarənin göyərtəsində başqa bir şəxsin olduğu ehtimal edilir.
Hadisə ilə əlaqədar axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Respublikaçılar seçkiöncəsi reklamlara çəkilən xərclərə görə demokratları qabaqlayıblar
"Bloomberg": Texnoloji gerilik və daxili çəkişmələr Aİ-nin mövqelərini zəiflədib