25 iyul 2026 16:33
113

Gürcüstan DTX elektrik enerjisinin kəsilməsi ilə bağlı təxribat maddəsi ilə istintaqa başlayıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) 24 və 25 iyul tarixlərində ölkə ərazisində elektrik enerjisinin kəsilməsinə görə təxribat maddəsi ilə istintaqa başlayıb.

“İki sahil” xəbər verir ki, DTX-nin yaydığı məlumatda deyilir ki, ölkə daxilində təkrarlanan təsadüfi elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə istintaq başlayıb.

"Maddə Gürcüstanın dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə dövlət müəssisəsinin və ya digər vacib obyektlərin normal fəaliyyətini pozmaq və ya onlara zərər vurmaq/məhv etmək nəzərdə tutulur".