25 iyul 2026 15:30
131

Qazaxıstanın beş qaya məscidi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

Qazaxıstanın Manqistau bölgəsindəki beş qaya məscidi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

“İki sahil” “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Yerlan Karin məlumat verib.

O bildirib ki, Cənubi Koreyanın Busan şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 48-ci sessiyasında müvafiq qərar qəbul edilib.

Siyahıya Beket Ata, Şopan Ata, Karaman Ata, Şakpaq Ata və Sultan Upi məscidləri daxildir.

Erlan Karin qeyd edib ki, Qazaxıstanda mədəni irs obyekti sonuncu dəfə 22 il əvvəl UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Son illərdə Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə bu proses yenidən bərpa edilib və keyfiyyətcə yeni səviyyəyə çatıb. Prezident Administrasiyası rəhbərinin birinci müavininin sözlərinə görə, Manqistaudakı qaya məscidləri təkcə dua və ibadət yeri deyil, həm də təhsil mərkəzləri kimi xidmət edib. UNESCO onları əsrlərlə davam edən mənəvi, mədəni və memarlıq ənənələrinin görkəmli nümunələri kimi tanıyıb.

Yerlan Karin vurğulayıb ki, bu tarixi məkanların UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi dünyanın diqqətini Qazaxıstana cəlb edəcək, turizmin inkişafına yeni təkan verəcək və infrastruktur layihələri üçün imkanlar açacaq.