Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən iyulun 22-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Azərbaycan Respublikasına qarşı bir sıra iddiaları özündə əks etdirən qanun layihəsini ilə bağlı Bəyanat yayıb.
“İki sahil” xəbər verir ki, bu barədə TÜRKPA-nın rəsmi saytında məlumat dərc edilib.
Baş katib bu təşəbbüsün Azərbaycanla Ermənistan arasında Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və sülh quruculuğu istiqamətində fəal prosesin davam etdiyi bir dövrdə irəli sürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.
O bildirib ki, bu kimi mühüm və həssas məsələlərə dair qanunvericilik qərarları faktların obyektiv qiymətləndirilməsinə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı, ayrı-ayrı lobbi qruplarının maraqları ilə formalaşdırılmamalıdır.
“TÜRKPA qanunverici orqanları Azərbaycanla Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addımlardan çəkinməyə çağırır.
TÜRKPA bir daha bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, eləcə də mehriban qonşuluq prinsiplərinə sadiqliyini təsdiq edir”, - deyə bəyanatda qeyd edilib.
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub