Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində 2026-cı il 21 iyul tarixində sursat partlayışı hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, 1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan Ələsgər oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.
“Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, -deyə məlumatda qeyd olunub.
Spartan Aeronavtika və Texnologiya Kolleci və Azərbaycan Milli Aviasiya Akademiyası əməkdaşlıq haqqında Saziş imzalayıblar – Yenilənib
FAO nümayəndəsi Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasının fəaliyyəti ilə tanış olub
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub