18 iyul 2026 18:52
121

Hindistanda fişəng fabrikində baş verən partlayışda səkkiz nəfər həlak olub

Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində fişəng istehsalı fabrikində baş vermiş partlayışda azı səkkiz nəfər ölüb, 15 nəfər isə yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "India TV" məlumat yayıb.

Qeyd olunub ki, güclü partlayış səsləri 5 km-ə qədər məsafədən eşidilib. Hadisə yerində irimiqyaslı dağıntılar qeydə alınıb. Xilasetmə əməliyyatı və dağıntıların təmizlənməsi davam edir.

Səlahiyyətli qurumlar partlayışın səbəbləri və pirotexnika istehsalı fabrikinin qanunsuz fəaliyyəti halları ilə bağlı araşdırmaya başlayıb.