18 iyul 2026 15:55
105

Rusiya Ukraynanın Zaporojye vilayətində sərnişin qatarına zərbə endirib

Rusiya pilotsuz uçuş aparatları ilə Ukraynanın Zaporojye vilayətindəki lokomotivə və sərnişin qatarına zərbələr endirib.

“İki sahil” xəbər verir ki, bu barədə "RBK-Ukrayna" "Ukrzaliznıtsi"nın mətbuat xidmətinə və Ukraynanın bərpa, infrastruktur və nəqliyyat naziri Nikolay Kalaşnikin teleqram kanalındakı məlumatına istinadən bildirib.

"Rusiyanın Zaporojye vilayətinə etdiyi dron hücumu nəticəsində sərnişin qatarı zədələnib", - vurğulanıb.

Qeyd olunub ki, bütün sərnişinlər, həmçinin lokomotiv və qatar briqadalarının üzvləri vaxtında təxliyə edilib.

İlkin məlumatlara görə, yaralanan yoxdur. Təxliyə edilənlər sığınacaqdadırlar, daha sonra onlar avtobuslarla Zaporojyeyə çatdırılacaqlar.