“Apple” korporasiyası bazar kapitallaşmasına görə qrafik prosessorlar istehsalçısı “Nvidia” şirkətini geridə qoyaraq dünyanın ən bahalı açıq səhmdar şirkəti olub.
“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
İyulun 17-də “Nvidia”nın səhmləri 3,7 faiz ucuzlaşıb və nəticədə şirkətin bazar kapitallaşması 4,8 trilyon dollara enib. Bununla yanaşı, “Apple”ın səhmləri 0,4 faiz bahalaşıb və şirkətin bazar kapitallaşması 4,9 trilyon dollara çatıb.
Nvidia 2025-ci ilin may ayından etibarən birja dəyərinə görə ən bahalı şirkətlər siyahısına liderlik edirdi. Ötən ilin oktyabrında isə şirkətin bazar kapitallaşması 5 trilyon dollara çatmışdı.
Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün vahid mexanizm hazırlamaq barədə razılığa gəliblər
Zelenski: Bu həftə Ukrayna qüvvələri 10 min 660 rus əsgərini zərərsizləşdirib
Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb
SEPAH: Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib