ABŞ-ın Pakistanın Pişəvər şəhərində yerləşən baş konsulluğu fəaliyyətini tam dayandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin rəsmi “X” səhifəsindəki bəyanatında qeyd edilib.
“Xeybər-Paxtunxva əyaləti ilə diplomatik qarşılıqlı fəaliyyətlə bağlı səlahiyyətlər ABŞ-ın İslamabaddakı səfirliyi yanında əyalət üzrə işlər şöbəsinə (KPU) ötürülüb”, - deyə bəyanatda bildirilib.
ABŞ Dövlət Departamenti Pişəvərdəki baş konsulluğun mərhələli şəkildə bağlanacağını mayın əvvəlində elan etmişdi. Qeyd olunub ki, bu qərar diplomatik heyətin təhlükəsizliyinin təmin edilməsi və resursların daha səmərəli bölüşdürülməsi zərurəti nəzərə alınaraq qəbul edilib.
Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün vahid mexanizm hazırlamaq barədə razılığa gəliblər
Zelenski: Bu həftə Ukrayna qüvvələri 10 min 660 rus əsgərini zərərsizləşdirib
Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb
SEPAH: Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib