İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı Əl-Əzraq aviabazasına hücum edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi ordunun bəyanatına istinadən məlumat yayıb.
"SEPAH qüvvələri İordaniyanın Əl-Əzraq bölgəsində yerləşən ABŞ aviabazasına və qırıcı təyyarələrin sığınacaqlarına eyni vaxtda raket və pilotsuz uçuş aparatları ilə sarsıdıcı zərbələr endirib", - deyə SEPAH-ın bəyanatında bildirilib.
Məlumatda qeyd edilib ki, hücum nəticəsində iki qırıcı və üç təyyarə məhv edilib, daha bir neçə hava gəmisinə isə ciddi ziyan dəyib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün vahid mexanizm hazırlamaq barədə razılığa gəliblər
Zelenski: Bu həftə Ukrayna qüvvələri 10 min 660 rus əsgərini zərərsizləşdirib
Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb
SEPAH: Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib