Bu ilin yanvar-may aylarında Azərbaycan 227,9 min ABŞ dolları dəyərində 325,5 ton balqabaq idxal edib.
“İki sahil” xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 15 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 117,6 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 93 % çox) 168,1 ton (93 % və ya 2 dəfəyə yaxın çox) və Türkiyədən 110,3 min ABŞ dolları dəyərində (-37 %) 157,5 ton (-37,3 %) məhsul alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 525 ton balqabağın 68 %-i Türkiyənin payına düşüb.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb