26 sentyabr 2026 15:45
117

İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb

Qlobal maliyyə bazarlarında yaranan yeni imkanlar və onların Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından yaratdığı perspektivlər müzakirə olunub.

“İki sahil” xəbər verir ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri Robert F. Smith ilə görüşüb.

Görüşdə Azərbaycanın investisiya potensialı, ölkədə həyata keçirilən iqtisadi islahatlar və beynəlxalq investorlar üçün yaradılan imkanlar barədə fikir mübadiləsi aparılıb.

Qlobal maliyyə bazarlarında yaranan yeni imkanlar və onların Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından yaratdığı perspektivlər müzakirə olunub.

Tərəflər qarşılıqlı maraq doğuran yeni investisiya istiqamətlərini nəzərdən keçirib, Azərbaycan ilə “Vista Equity Partners” arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.