Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 17-də ümumi çəkisi 3,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bundan başqa, yabanı halda bitmiş 1,3 tona yaxın çəkidə 8209 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Hər iki istiqamətdə tədbirlər davam etdirilir.
FHN: Hövsanda qeyri-çimərlik ərazisində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb