İyulun 17-də Somali sahillərində Tanzaniya bayrağı altında üzən tanker dəniz quldurlarının hücumuna məruz qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə EFE agentliyi Yəmən hökumətinə istinadən məlumat yayıb.
Məlumata görə, tanker Pakistanın Kəraçi limanından Somalinin Bosaso şəhərinə doğru hərəkət edirmiş. Gəminin ələ keçirilməsi Yəmənin cənub-şərq sahillərindən təxminən 26 dəniz mili məsafədə baş verib.
Tankerin sonrakı marşrutu barədə məlumat verilmir.
Hazırda Yəmən hökuməti beynəlxalq tərəfdaşlarla birlikdə hadisəyə cavab tədbirləri hazırlayır.
Böyük Britaniyada terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər həbs olunub
Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün vahid mexanizm hazırlamaq barədə razılığa gəliblər
Zelenski: Bu həftə Ukrayna qüvvələri 10 min 660 rus əsgərini zərərsizləşdirib
Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb