17 iyul 2026 21:42
106

Trampın sosial şəbəkədəki postları pullu olacaq

ABŞ Prezidenti Donald Trampın şirkəti treyderlərə onun "Truth Social" sosial şəbəkəsindəki paylaşımlarına ani çıxış imkanı verəcək ödənişli xidmət istifadəyə verməyə hazırlaşır. Yeni sistemin artıq avqust ayında fəaliyyətə başlayacağı və müştərilərə Trampın paylaşımlarını geniş ictimaiyyətə təqdim edilməzdən əvvəl əldə etməyə imkan verəcəyi gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“Trump Media” hesab edir ki, bu xidmət yeni gəlir mənbəyinə çevrilə bilər, çünki Ağ Ev rəhbərinin sosial şəbəkədəki paylaşımları maliyyə bazarlarına tez-tez ciddi təsir göstərir.

Məqalədə qeyd olunur ki, ABŞ lideri sosial şəbəkələrdəki paylaşımları ilə dəfələrlə maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub. Nəticədə bəzi investorlar böyük qazanc əldə etdiyi halda, digərləri əhəmiyyətli zərərlərlə üzləşiblər. Bu fonda Trump Media treyderlərə və institusional investorlara Trampın “Truth Social” platformasındakı paylaşımlarına geniş yayılmadan əvvəl prioritet çıxış təmin edəcək ödənişli xidmət yaratmaq niyyətində olduğunu açıqlayıb.