17 iyul 2026 14:01
104

Ötən ay ADY ilə qida sənayesi məhsullarının tranzit daşımaları 2 dəfə artıb

2026-cı ilin yanvar-iyun aylarında ADY ilə 905 992 ton qida sənayesi məhsulu daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35% və ya 236 396 ton çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Məlumata görə, hesabat dövründə tranzit daşımalarında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, tranzit yüklərin həcmi illik müqayisədə 56% artaraq 249 810 tondan 388 764 tona yüksəlib.

Ötən ay isə ADY ilə 198 min ton qida sənayesi məhsulu daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 38% çoxdur. 2025-ci ilin iyununda bu göstərici 143 274 ton olub.

Bununla yanaşı, ötən ay qida sənayesi məhsullarının tranzit daşımalarının həcmi 43 733 tondan 87 261 tona yüksələrək 2 dəfə artıb.