SOCAR-ın operatoru olduğu Özbəkistanın “Üstyurt” geoloji-kəşfiyyat layihəsi çərçivəsində toplanmış seysmik məlumatların həcminin böyük olduğu nəzərə alınaraq emalının 2027-ci ilin birinci rübündə başa çatdırılması gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a SOCAR-dan bildirilib.
Qeyd olunub ki, geoloji ehtiyatlar barədə konkret rəqəmlərin açıqlanması əldə edilmiş məlumatların tam analiz edilməsindən sonra mümkün olacaq.
“Geoloji seysmik məlumatların emalı və interpretasiyası mərhələsindən sonra kəşfiyyat quyusunun planlaşdırılması işinə başlanılacaq. Məlumatların tam analiz edilməsindən sonra qərarlar barədə informasiya mətbuata açıqlanacaq”,- deyə məlumatda bildirilib.
Qeyd edək ki, “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi Azərbaycan–Özbəkistan enerji əməkdaşlığı strategiyasının həyata keçirilməsində mühüm mərhələ hesab olunur.
Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" SC Üstyurd neft-qaz regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) iştirak payları belədir: bp – 40 faiz, “Uzbekneftegaz” SC – 30 faiz və SOCAR (operator) – 30 faiz.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb