Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriya şəbəkəsinin imkanları ötən dövrdə daha da genişləndirilib. 6 ay ərzində 545 252 müayinə aparılıb. Uyğunsuzluq göstəricisi cəmi 0,28% təşkil edib.
Bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.
Onun sözlərinə görə, laboratoriyalarda eyni vaxtda 600-dən çox pestisid və 60-dan çox farmakoloji maddə qalıqları təyin edilir. Mənşə təyini üzrə 10-dan artıq heyvan növü (bu ildən ilk dəfə olaraq dəvə əti də daxil olmaqla) sınaqdan keçirilir.
Quduzluq əleyhinə “Rabisafe” vaksin tərkibli cəlbedici yemin ölkəmizdə istehsalı məqsədilə Quba rayonunda xüsusi istehsal sahəsi yaradılıb.
Yaqut Ağaşahqızı, “İki sahil”
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb