İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Türkiyənin “Limak Group” şirkəti ilə dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları müzakirə edilib.
“İki sahil” xəbər verir ki, Nazirlikdən bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin aparıcı infrastruktur və tikinti şirkətlərindən olan “Limak Group”un fəxri prezidenti Nihat Özdemirlə görüşüb.
Görüşdə Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti, Ələt Azad İqtisadi Zonası və işğaldan azad olunmuş ərazilərdə geniş əməkdaşlıq imkanları, ölkəmizdə həyata keçirilən strateji layihələr, eləcə də özəl sektorun inkişafı üçün tətbiq olunan dəstək mexanizmləri barədə məlumat verilib.
Tərəflər infrastrukturun inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlıq və müvafiq sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi perspektivlərini nəzərdən keçirib. Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb