16 iyul 2026 15:08
85

Peskov: Ukrayna münaqişəsini sadə bir "sövdələşmə" ilə həll etmək qeyri-mümkündür

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bir çox siyasi münaqişələrin həddindən artıq mürəkkəb olduğunu və onların yalnız uzunmüddətli və hərtərəfli diplomatik proseslər çərçivəsində tənzimlənə biləcəyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Kreml rəsmisi xüsusilə ABŞ siyasi dairələrində populyar olan sürətli və birtərəfli saziş yanaşmasını tənqid edib.

"Bir çox münaqişələri ABŞ-da deyildiyi kimi, sadə bir "sövdələşmə" formatında həll etmək qeyri-mümkündür. Bu, uzunmüddətli, mürəkkəb və kompleks bir nizamlanma prosesidir", - deyə Dmitri Peskov vurğulayıb.