Avropa İttifaqı (Aİ) ukraynalı qaçqınlar üçün müvəqqəti müdafiə sxeminin müddətini 4 mart 2028-ci il tarixinədək uzadıb. Lakin bu proqramdan 2027-ci ilin martından etibarən hərbi mükəlləfiyyəti olan ukraynalı kişilər istisna ediləcək.
“İki sahil” TASS-a istiadla xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi bəyanatında yer alıb.
Aİ Şurasının sənədində qeyd olunur: "Aİ ölkələri Ukraynadan olan qaçqınlar üçün müvəqqəti müdafiə mexanizminin müddətini 4 mart 2028-ci ilədək uzatmaq barədə razılığa gəliblər. Bununla yanaşı, təkcə məcburi köçkünlərin müdafiə hüququnu deyil, həm də Ukraynanın özünümüdafiə hüququnu tanıyaraq, Aİ ölkələri razılaşmışlar ki, Avropa İttifaqında müvəqqəti müdafiə yalnız Ukraynadakı hərbi xidmət öhdəliklərinə əməl edən şəxslərə şamil olunacaq".
Avropa İttifaqının rəsmi mövqeyinə görə, hazırda ittifaq ərazisində olan hərbi mükəlləfiyyətli Ukrayna vətəndaşlarının zorla geri göndərilməsi planlaşdırılmır. Yeni tətbiq ediləcək məhdudiyyətlər yalnız yeni gələn şəxslərə şamil olunacaq.
Bu yeni qaydalar 4 mart 2027-ci ildən — yəni hazırkı müvəqqəti müdafiə mexanizminin qüvvədə olma müddəti başa çatdıqdan dərhal sonra qüvvəyə minəcək.