15 iyul 2026 11:30
92

Çin ABŞ-ın Rusiya enerji daşıyıcılarını alanlara qarşı sanksiya qanun layihəsini pisləyib

Çin rəhbərliyi Rusiyanın neft və qazını satın alan ən böyük idxalçılara qarşı sanksiyaların tətbiqini nəzərdə tutan ABŞ qanun layihəsinə qəti şəkildə qarşı çıxıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szyan keçirdiyi brifinqdə Vaşinqtonun yeni sanksiya təşəbbüsünü şərh edərkən bəyanat verib.

Rəsmi Pekinin mövqeyini ifadə edən XİN rəsmisi Vaşinqtonun bu addımını qeyri-qanuni adlandırıb:

"Çin, beynəlxalq hüquqda heç bir əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmayan birtərəfli qeyri-qanuni sanksiyalara qəti şəkildə qarşı çıxır", - deyə Lin Szyan vurğulayıb.