15 iyul 2026 11:07
95

Çin Dövlət Şurası: Tayvanın hərbi təlimlərini boş şantaj və blefdir

Çin rəhbərliyi Tayvan adasında keçirilən hərbi manevrləri uğursuzluğa məhkum olan "separatçıların boş şantajı və blefi" hesab edir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan İşləri üzrə Dəftərxanasının rəsmi nümayəndəsi Çju Fenlyan həftəlik brifinqdə çıxışı zamanı bəyanat verib.

"Çinin qüdrətli Xalq Azadlıq Ordusu (XAO) qarşısında adada hakimiyyətdə olan Demokratik Proqressiv Partiyanın (DPP) keçirdiyi hər hansı hərbi manevrlər sadəcə olaraq boş bir sözdən ibarətdir", — deyə rəsmi nümayəndə vurğulayıb.

Çju Fenlyanın sözlərinə görə, DPP rəhbərliyi "hərbi gücün köməyi ilə müstəqilliyə nail olmaq üçün əbəs yerə cəhd göstərir" və bu fəaliyyət Tayvan boğazındakı ümumi vəziyyətə olduqca mənfi təsir göstərir. O əlavə edib ki, Taybey administrasiyası bu bölgədəki "gərgin və qeyri-stabil vəziyyətin baş günahkarıdır". Çin rəsmisi həmçinin qeyd edib ki, bu cür hərəkətlər Tayvandakı separatçıların qaçılmaz uğursuzluğunun qarşısını ala bilməyəcək, eləcə də adanın materik Çini ilə mütləq birləşməsinə yönəlmiş "ümumi tarixi tendensiyaya" mane ola bilməyəcək.

Qeyd edək ki, bundan əvvəl Taybey administrasiyası müxtəlif qoşun növləri arasında koordinasiyanın və döyüş hazırlığının gücləndirilməsinə yönəlmiş beşgünlük irimiqyaslı hərbi manevrlərə başlayıb.