İyulun 13-də Milli Məclisin sədri Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq arasında videokonfrans formatında görüş keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə bildirilib ki, görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, eləcə də Azərbaycan Milli Məclisi ilə Pan-Afrika Parlamenti arasında əlaqələrin inkişafı məsələləri nəzərdən keçirilib. Söhbət zamanı bu cür təmasların parlament diplomatiyasının möhkəmləndirilməsinə və tərəflər arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova Pan-Afrika Parlamentinin fəaliyyətinə toxunaraq, Azərbaycan parlamentinin bu təşkilatla münasibətləri daha da inkişaf etdirmək niyyətini ifadə edib. Görüşdə, həmçinin Pan-Afrika Parlamenti və Azərbaycan Prezidentinin təşəbbüsü əsasında yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb
AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb
Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir