13 iyul 2026 21:24
137

Yəmən İran təyyarəsinə görə öz aeroportunu bombalayıb

Yəmən Silahlı Qüvvələri "Ənsar Allah" hərəkatından olan husi döyüşçülərin nəzarətindəki Səna Beynəlxalq Hava Limanına İran təyyarəsinin enişinin qarşısını almaq məqsədilə zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumun bəyanatında bildirilib ki, husilər Yəmənin milli aviaşirkətinə məxsus təyyarələrin paytaxt hava limanına enişini qadağan edib və İran təyyarəsinin qəbul edilməsində israr ediblər.

Zərbədən əvvəl Müdafiə Nazirliyi hava limanından insanların təxliyə olunmasına dair çağırış edib və ölkənin hava məkanını pozacaq istənilən təyyarəni ələ keçirməyə hazır olduğunu bəyan edib.