Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq və bu istiqamətdə Azərbaycanda çoxsaylı tədbirlər keçirilib, bizim çoxsaylı təşəbbüslərimiz də əlbəttə ki, həmrəyliyin, birgə anlaşmanın gücləndirilməsinə yönəldilmişdir.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.
Dövlətimizin başçısı qeyd edib: “Təəssüf ki, bu gün biz o qədər də böyük həmrəylik (İslam həmrəyliyi - red) görmürük. Gərginlik artmaqdadır, qarşılıqlı ittihamlar səslənir”.
XİN: Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlaması dostluq və qonşuluq münasibətlərinə ziddir
Kamaləddin Qafarov: Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır
İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur