Bu, mənim Şuşa Qlobal Media Forumuna ikinci gəlişimdir. Qarabağın işğaldan azad olunması və bunun bütün dünyaya çatdırılması baxımından Şuşada belə bir tədbirin Azərbaycan tərəfindən keçirilməsi çox vacibdir.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbərinin müşaviri Bora Bayraktar deyib.
O bildirib ki, bu il də Forumda nüfuzlu qonaqlar və tanınmış simalar iştirak edəcəklər. Medianın gələcəyi ilə bağlı maraqlı müzakirələrin keçiriləcəyini qeyd edən Bora Bayraktar yeni yanaşmaları anlamağa və bu istiqamətdə nəticələr çıxarmağa çalışacaqlarını bildirib.
"Şuşada həyatın yenidən başlaması, insanların tədricən doğma yurdlarına qayıdaraq məskunlaşması və şəhərin 30 illik işğalın izlərini sürətlə aradan qaldırması çox həyəcanvericidir. Əvvəlki gəlişim zamanı Şuşanın tarixi binaları ilə tanış olmuşdum. İndi onların böyük hissəsi artıq bərpa olunub. Şəhər çox sürətlə dirçəlir və inkişaf edir", - deyə B.Bayraktar deyib.
Kanada Siqh Federasiyasının prezidenti: Şuşa Qlobal Media Forumu açıq dialoqa və həqiqətin təşviqinə xidmət edir
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb