11 iyul 2026 10:32
101

Azərbaycan XİN Monqolustanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Monqolustanı təbrik edib.

“İki sahil” xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında yazıb.

"Monqolustan Hökumətini və xalqını Milli Bayramları münasibətilə səmimi qəlbdən təbrik edirik!

Dost Monqolustan xalqına davamlı sülh, firavanlıq və rifah arzulayırıq", - paylaşımda qeyd olunub.