09 iyul 2026 17:11
110

Paytaxtda 2 yol sahəsində təmir bitib, 4 sahədə davam edir

Bakıda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə aparılan təmir işləri çərçivəsində artıq 2 yol sahəsində işlər yekunlaşıb, daha 4 yol sahəsində isə təmir davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata əsasən, Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov və Ceyhun Hacıbəyli küçələri arasındakı hissəsində, eləcə də Xan Şuşinski küçəsinin Abbasqulu ağa Bakıxanov küçəsi ilə Vaqif prospekti arasındakı hissəsində təmir işləri başa çatdırılıb.

Hazırda isə Qara Qarayev prospektinin yan yolunda (Naxçıvanski küçəsindən Bəkir Nuriyev və Rüstəm Rüstəmov küçələrinədək), Hüseyn Cavid prospektində (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Landau küçəsinədək, həmçinin Səməd Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək), Nazim Hikmət küçəsində (Asif Məhərrəmov Şərifzadə küçəsindən Həsən bəy Zərdabi və Mətbuat prospektlərinədək), eləcə də Sənan Abdullayev küçəsində (Baksol yolu) təmir işləri davam etdirilir.

AAYDA bildirib ki, paytaxt ərazisində vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə yol infrastrukturunun yenilənməsi istiqamətində təmir işləri mərhələli şəkildə davam etdirilir.