Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirilən NATO sammiti çərçivəsində liderlərin şərəfinə təşkil olunacaq rəsmi şam yeməyinə qatılacaq, lakin Alyansın rəsmi iclaslarında iştirak etməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Amerikanın dünyaca məşhur "CNN" telekanalı məlumat yayıb.
Telekanalın dərc etdiyi məqalədə bu diplomatik protokol vəziyyəti xüsusi diqqətə çatdırılır: "Zelenskinin iclaslardan kənarda qalması, Kiyevin nə vaxtsa hərbi bloka daxil olmaq ambisiyalarının hələ də reallaşmamış olaraq qaldığına dair aydın bir siqnaldır".
Ukrayna Müdafiə Nazirliyi: Ukrayna əməliyyatlarının təsiri nəzərəçarpacaq nəticələr verir
Braziliya ABŞ-ın prezident seçkilərinə mümkün müdaxiləsini araşdırmağa başlayıb