04 oktyabr 2026 22:35
89

Corciya ştatında baş verən atışmada iki nəfər ölüb, 35 nəfər yaralanıb

Amerikanın Corciya ştatının Vyenna şəhərində şənlikdə baş verən atışma nəticəsində iki nəfər həlak olub, 35 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Associated Press" (AP) məlumat yayıb. Agentliyin məlumatına görə, həlak olanlar 20 və 23 yaşlı gənclərdir. Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıblar. Hadisəni törədən şəxs və ya atışmanın motivləri barədə məlumat yoxdur. Rəsmilər hadisənin başvermə şəraitini və səbəblərini müəyyənləşdirirlər.