Braziliya Federal Polisi ABŞ-ın ölkədə keçirilən prezident seçkilərinə mümkün müdaxiləsi ilə bağlı ilkin araşdırmaya başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun baş direktoru Andrey Rodriges məlumat verib. Onun sözlərinə görə, Baş Prokurorluq xarici müdaxilə ehtimalının yoxlanılması ilə bağlı müraciət edib və məsələ araşdırmanın başlanması üçün Kəşfiyyat İdarəsinə göndərilib. Rodriges qeyd edib ki, hazırda ilkin prosedur həyata keçirilir, cinayət işi başlanması ilə bağlı rəsmi qərar hələ dərc olunmayıb, lakin araşdırma artıq başlayıb. Braziliyanın hazırkı prezidenti Luiz İnasio Lula da Silva daha əvvəl seçki prosesinə müdaxilə əlamətlərinin olduğunu bildirib və ABŞ dövlət katibi Marko Rubionun konservativ bolsonarist hərəkatla yaxın əlaqələrinə görə onun mövqeyindən ciddi narahatlığını ifadə edib.
Ukrayna Müdafiə Nazirliyi: Ukrayna əməliyyatlarının təsiri nəzərəçarpacaq nəticələr verir