Avropa İttifaqı Ukraynaya əlavə maliyyə dəstəyi ayıracaq və bu vəsait pilotsuz uçuş aparatlarının (PUA) istehsalının genişləndirilməsinə yönəldiləcək.
“İki sahil” xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bu barədə X sosial şəbəkəsində paylaşım edib.
O xatırladıb ki, Avropa İttifaqı daha əvvəl də Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə maliyyə dəstəyi ayırıb. Avropa Komissiyasının Prezidenti əlavə edib ki, yaxın vaxtlarda yeni maliyyə paketləri də təqdim olunacaq.
Ukrayna Müdafiə Nazirliyi: Ukrayna əməliyyatlarının təsiri nəzərəçarpacaq nəticələr verir
Braziliya ABŞ-ın prezident seçkilərinə mümkün müdaxiləsini araşdırmağa başlayıb