Böyük Britaniya, Niderland, Finlandiya və Polşa yeni Çoxtərəfli Müdafiə Mexanizminin (MDM) yaradılmasında mühüm irəliləyiş əldə edir və onun formalaşdırılmasını 2027-ci ilə qədər başa çatdırmaq niyyətindədirlər.
“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkələrin dərc etdiyi birgə bəyanatda bildirilib.
"Biz bu modelin texniki detallarının işlənib hazırlanmasında daha geniş müttəfiqlər qrupunun dəstəyindən istifadə etdik", - bəyanatda qeyd olunub.
Məlumata görə, layihədə iştirak edən ölkələrin koalisiyasının genişləndirilməsi və payızda layihəyə qoşulacaq tərəfdaşlarla birgə mexanizmin hazırlanmasının növbəti mərhələsinə keçilməsi üzrə işlər aparılacaq.
Müdafiənin maliyyələşdirilməsi bu həftə Türkiyənin Ankara şəhərində keçiriləcək NATO sammitinin əsas mövzularından biri olacaq. MDM ölkələrin yenidən silahlanması üçün daha böyük həcmdə özəl vəsaitlərin cəlb edilməsinə yönəlmiş bir neçə rəqabətli təşəbbüsdən biridir.