Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri çərçivəsində respublikanın 6 şəhər və rayonunda ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir. “İki sahil” xəbər verir ki, Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Lənkəran, Qazax və Tovuz rayonlarında yerləşən bu mərkəzlərdə tənha ahıllara sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir. Əmək qabiliyyətli ailə üzvləri ilə birgə yaşamayan 200-ə yaxın ahıl günərzi qayğı mərkəzlərinin xidmətləri ilə əhatə olunur.