05 iyul 2026 21:00
90

Şəmkirdə ağır qəza: Ölən və yaralı var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2106 ilə "Hyundai" markalı minik maşınları toqquşub.

Nəticədə VAZ-2106-nın sürücüsü ölüb, xəsarət alan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.