Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin M.S. Ordubadi küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub.
Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq