04 iyul 2026 10:03
89

Türkiyədə mövlud yeməyindən sonra 19 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etdi

Manisanın (Türkiyə) Turgutlu rayonunda təşkil olunan mövlud mərasimində təqdim edilən yeməkdən sonra narahatlıq hiss edən 19 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.

İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, dini məclisi təşkil edən ailə qonaqlara toyuq plovu təqdim edib. Məclisdən sonra bəzi qonaqlarda ürəkbulanma, qusma və qarın ağrısı hiss olunub.

Səhhəti pisləşən 19 nəfər öz imkanları ilə Turgutlu Dövlət Xəstəxanasına müraciət edib.

Qida zəhərlənməsi şübhəsi ilə müalicə alanların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.

Zəhərlənməyə səbəb olduğu ehtimal edilən yeməklərdən nümunələr götürülüb və hadisə ilə bağlı araşdırma aparılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”