ABŞ Prezidenti Donald Tramp Türkiyə və Pakistan tərəfindən Səudiyyə Ərəbistanına hərbi dəstək imkanını müsbət qiymətləndirib.
“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evin qarşısında jurnalistlərə deyib. "Düşünürəm ki, onlar Səudiyyə Ərəbistanına kömək etmək istəyirlər. Məncə, bu, əladır", - o, Məkkə sazişinin şərtlərinə əsasən, Türkiyə və Pakistan qüvvələrinin Səudiyyə Ərəbistanında yerləşdirilməsi imkanı ilə bağlı sualı cavablandırarkən bildirib.
Xatırladaq ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək. Daha sonra - oktyabrın 5-də Məkkə alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin iclasının yekunlarına əsasən, Türkiyə və Pakistan hərbçilərinin Səudiyyə Ərəbistanında yerləşdirilməsi haqqında qərar qəbul edilib.
Fransa qiymətləri sabitləşdirmək üçün ehtiyatlardan 10 milyon barel dizel buraxacaq
Səudiyyə Ərəbistanının iki beynəlxalq hava limanına hücumlarda üç nəfər həlak olub