Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar olaraq iyulun 6-sı saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Heydər Əliyev prospektinin, Azərbaycan, M.Hüseynzadə və 20 Yanvar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib