03 iyul 2026 17:07
112

“Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icra edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiinin maliyyə dəstəyi ilə “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icra edir.

“İki sahil” xəbər verir ki,  layihə çərçivəsində Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə çıxış edib.

O bildirib ki, Layihənin əsas məqsədi gənclər və yeniyetmələr arasında erkən nikahların mənfi sosial, psixoloji və hüquqi nəticələri barədə maarifləndirmə aparmaq, sağlam ailə münasibətlərinin formalaşmasına və ailə institutunun möhkəmlənməsinə dəstək olmaqdır. Layihə, xüsusilə yeniyetmələr və gənclər arasında məsuliyyətli ailə münasibətləri, təhsilin önəmi və gender bərabərliyinə əsaslanan ailə modeli barədə məlumatlılığı artırmaqla, ailə institutunun möhkəmlənməsinə töhfə verməyi hədəfləyir. Layihə çərçivəsində maarifləndirici tədbirlər təşkil olunacaq, benefisiarlara qanunvericilikdən çıxarışlar və digər materiallar paylanılacaqdır.

Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin sektor müdiri Mənsur Ağayev, Quba rayon Bəşir Səfəroğlu adına Mədəniyyət mərkəzinin Zərdabi qəsəbə Folklor Mərkəzinin direktoru Pərvin Hacıyev çıxış ediblər. Tədbirdə paylanma materialları təqdim olunub.