Ukrayna müharibənin 1591-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 407 150 hərbçi, 12 073 ədəd tank, 24 863 ədəd zirehli döyüş maşını, 45 225 ədəd artilleriya sistemi, 1 912 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 463 hava hücumundan müdafiə sistemi, 436 ədəd hərbi təyyarə, 353 ədəd helikopter, 1 809 ədəd yerüstü robot-texnika kompleksi, 387 342 ədəd PUA, 115 237 ədəd avtomobil texnikası, 4 846 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 380 xüsusi avadanlıq itirib.