Belçika iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində 3,1 milyard avro dəyərində hava hücumundan müdafiə sistemlərinin satın alındığını elan edə bilər.
“İki sahil” xəbər verir ki, “Reuters” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb.
İddiaya görə, Belçika ümumi dəyəri 3,1 milyard avro olan 10 ədəd NASAMS və 20 ədəd “Skyranger” hava hücumundan müdafiə sistemi almaq niyyətindədir.
Agentlik qeyd edir ki, müqavilə Belçika hökuməti tərəfindən vaxtında təsdiqlənsə, Brüssel satınalmaları NATO sammitində elan edəcək.
ABŞ hərbçiləri Hörmüz boğazından 1,25 milyard barel xam neftin daşınmasını təmin edib
Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək
Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək