25 iyun 2026 00:40
94

Türkiyə və Mavritaniya arasında əməkdaşlıq müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mavritaniyalı həmkarı Məhəmməd uld Şeyx əl-Qazuani ilə telefon danışığı aparıb və ikitərəfli münasibətlər, regional məsələlər müzakirə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Türkiyə və Mavritaniya arasında ticarət, kənd təsərrüfatı, balıqçılıq, təhlükəsizlik və müdafiə sənayesi başda olmaqla, bir çox sahədə konkret addımların atılmasının vacibliyi vurğulanıb.