Ukraynada hərbi vəziyyət şəraitində prezident seçkiləri keçirilərsə, mütləq iştirak edəcəm.
“İki sahil” xəbər verir ki, bunu “NBC News”a açıqlaması zamanı Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Rusiyanın təcavüzü davam etdiyi müddətdə ölkənin taleyinə görə məsuliyyət daşıyır.
“Çünki mən bu müharibənin əvvəlindən sonuna qədər ölkəmi müdafiə etməliyəm. Rusiya iki ay müddətinə tam atəşkəsə razı olsa, Ukraynada prezident seçkiləri keçiriləcək. Ukrayna xalqının istənilən seçimini qəbul etməyə hazır olacağıq”, - deyə Zelenski bildirib.
Suriya və Dünya Bankı ölkənin bərpası üçün fond yaratmaq barədə razılığa gəliblər
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - VİDEO
Zelenski: Ukrayna və ABŞ müharibəyə son qoymaq üçün yeni diplomatik addımlar hazırlayır