Krasnodar diyarında kənd təsərrüfatı işlərini yerinə yetirən “Mi-2” helikopteri qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, hadisə Slavyan rayonunun Prikubanski xutoru ərazisində ödənişli avtomobil yolu yaxınlığında baş verib.
İlkin məlumata görə, qəzaya mühərrikin nasazlığı səbəb ola bilər.
Qəza nəticəsində hava gəmisinin pilotu həlak olub. Hadisənin başvermə şəraiti araşdırılır.
Zelenski Ukraynada prezident seçkiləri keçiriləcəyi təqdirdə namizədliyini irəli sürəcək
Suriya və Dünya Bankı ölkənin bərpası üçün fond yaratmaq barədə razılığa gəliblər
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - VİDEO