24 iyun 2026 09:31
120

ABŞ Senatı qətnamə qəbul edib

ABŞ Senatı ilk dəfə İranla müharibə ilə bağlı Müharibə Səlahiyyətləri Qanununu təsdiqləyən qətnamə qəbul edib.

“İki sahil” xəbər verir ki, 50 lehinə, 48 əleyhinə səslə keçən qətnaməyə Respublikaçılar Partiyasının dörd təmsilçisi lehinə səs verib. Yalnız bir Demokratlar Partiyasının təmsilçisi qətnamənin əleyhinə çıxıb. İki senator səs verməkdən imtina edib.

Bu qətnamə qanun qüvvəsinə malik deyil və prezidentin imzasını tələb etmir.

Senat ilin əvvəlindən bəri bu qətnamə ilə bağlı 10 dəfə səsvermə keçirib.